“Ətraf mühitin mühafizəsi hamının borcudur”

Uşaq və gənclərdə doğma təbiətə,ətraf mühitə məhəbbət və qayğılı münasibət,bu sahədə problemlərin həllində vətəndaş fəaliyyətinin gücləndirilməsi,ətraf mühitin korlanmasına qarşı barışmazlıq hisslərinin aşılanması,təbii sərvətlərin milli dəyər kimi qorunub saxlanması ideyalarının gənc nəsil arasında təbliği,ekoloji maarifçiliyin,ekoloji təhsilin və təbiətə hümanist münasibətin təşviqi məqsədilə Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti tərəfindən 2016-cı il ümumtəhsil məktəblərində ekoloji mövzularda seminarların və “dəyrimi masa”ların keçirilməsi planlaşdırılmışdır.Bu məqsədlə 29 mart 2016-ci il tarixində R.Nəsirov adına 111 N-li tam orta məktəbdə ətraf mühitin mühavizəsi,təbii sərvətlərin qorunması və ondan səmərəli istifadə edilməsi sahəsində əhalini məlumatlandırmaq və maarifləndirmək məqsədi ilə Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti tərəfindən mühazirə keçirilmişdir.Mühazirəni Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin baş məsləhətçisi Məmmədov Nazim və aparıcı məsləhətçi Hüseynov Elşən aparmışdır.Mühazirədə IXB və IXC sinif şagirdləri iştirak etdilər.Mühazirənin əsas mövzusu “Ətraf mühitin mühafizəsi hamının borcudur”,”Yeni yaşıllıqların salınmasında və mühafizəsində gənc nəslin rolu”,”Şəhərimizi təmiz saxlayaq” olmuşdur. Mühazirə şagirdlər tərəfindən böyük maraq və diqqətlə dinlənildi və sonda onları maraqlandıran suallar izzahlı cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi