Son Zəng tədbiri keçirildi

14 iyun 2019-cu il tarixdə Ümumtəhsil müəssisələrində on birincilərə son zəng çalınıb. Tədbiri məktəbin direktoru J.Hacıeva açıq elan edərək  məzunlara uğurlar arzuladı.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi Vəfa xanım və Bolqarıstanın Sofiya şəhərində Azərbaycan mədəniyyəti mərkəzinin rəhbəri Sofiya Shigayeva -Mitreska xanım qonaq qismində,valideynlər,məzunlar,müəllimlər iştirak etdilər. On birincilər hazırladıqları mahnı və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirdilər. Məzunların bu sevincinə birincilər də qoşulub   tədbirə gözəllik qatdılar.Təhsil ilində öz uğurları ilə  müvəffəqiyyət qazanan şagirdlər haqqında məlumat verildi,olimpiada qaliblərinə hədiyyələr təqdim  olundu.Tədbir "Son zəng" in vurulması ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi