«Ölkəmizi tanıyaq»

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Bakı şəhəri Nəsimi rayonundan olan məktəblilərin 16 mart 2016-cı il tarixdə yola salınması mərasimi keçirilmişdir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 17-20 mart 2016-cı il və 24-27 mart 2016-cı il tarixlərdə «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyalar keçirilir. Bu dəfə Nəsimi rayonundan 28 nəfər məktəbli Naxçıvan Muxtar Respublikasına səfər edir.Bu şagirdlər arasında R.nəsirov adına 111N-li tam orta məktəbin IXA sinif şagirdi,dərs əlaçısı Namazov Murad Namaz oğlu da vardır. İlk əvvəl qrupların təşkili məsələləri həll olunmuşdur. Rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçilərək 2 qrupa ayrılıblar. Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən hər bir qrupa rəhbər təyin olunub. Şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb, turun marşrutu, tədbir iştirakçıların qalacağı otel və s. müəyyən olunub, qruplar nəqliyyat vasitələri ilə təmin olunublar. Təsdiq olunmuş proqrama əsasən Nəsimi rayon yeniyetmələri Naxçıvan şəhərinin görməli yerlərində olacaq, Heydər Əliyev Mərkəzində, tarixi abidələr, tarix-diyarşünaslıq muzeyləri yaxından tanış olacaqlar. Tur zamanı həmçinin şagirdlərin asudə vaxtlarının səmərəli təşkili də nəzərə alınmışdır.Yola salma mərasimində çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərovşagirdlərə turun məqsədi barədə məlumat vermiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulamışdır. Yola salınma mərasimində çıxış edən valideyinlər və məktəblilər ölkə başçısı cənab İlham Əliyevə dərin minnətarlıqlarını bildirmişlər.Sonra məktəblilər Nəsimi rayon İcra Hakimiyyətinin qarşısında şəkil çəkdirmiş və Dövlət Yol Polisinin avtomaşınının müşayəti ilə yola salınmışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi