Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə möhtəşəm bir tədbir keçirildi

            1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb . Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

            Mayın 31-də məktəbdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə möhtəşəm bir tədbir keçirildi.Tədbirdə məktəb rəhbərliyi və valideynlər də iştirak etdilər.Şagirdlər tərəfindən təqdim olunan musiqi nömrələri tədbirə böyük rəngarənglik qatdı.Uşaqlar müxtəlif xalqların uşaqlarının dilindən təbriklər səsləndirərək rəqslər nümayiş etdirdilər.Tədbir böyük atəşfəşanlıqla bitdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi