Uşaqlarımızın bahar sevinci

Novruz bayramı! xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də Azərbaycanlıların yeni ilidir. 17 mart 2016-ci il tarixində 111N-li tam orta məktəbdə 2C sinif şagirdləri milli bayramımızı milli ruhda,milli əhval ruhiyyədə böyük təntənə ilə qeyt etdilər. Tədbirdə məktəb rəhbərliyi və valideyinlər iştirak etdilər. Şagirdlər yazın gəlişini təkcə ifa etdikləri şerləri,mahnıları ilə deyil, simalarındakı bahar sevincli təbəssümləri ilə də təsvir etdilər. Bu möhtəşəm bayram tədbirini izləyən valideyinlər şagirdlərin çıxışlarını gürultulu alqışlarla dəyərləndirdilər. Tədbirin sonunda məktəbin direktoru J. Hacıyeva hamının bayramını təbrik etdi və belə bir tədbirin təşkilinə görə sinif müəllimi Vəliyeva Kəramət Vaqif qızına və tədbirdə iştirak edən bütün şagirdlərə təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi