Böyük uğur

            Respublika Fənn Olimpiadaları Ümumtəhsil müəssisələrində 9-11-ci sinif şagirdləri arasında ayrı-ayrı fənnlər üzrə xüsusi istedadı olan şagirdlərin  aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi,şagirdlərin həmin fənnlərə olan maraqlarının artırılması məqsədilə keçirilən elm yarışıdır.Mayın 25-də keçirilən məktəblililərin Respublika Fənn Olimpiadalarının final mərhələsinin   nəticələrinə görə məktəbin 8 ''a'' sinif şagirdi Qurbanov Fuad Polad oğlu kimya fənni üzrə Qızıl medala,məktəbin 9''a ''sinif şagirdi Şıxızadə Gülnaz Soltan qızı isə  coğrafiya fənni üzrə Bürünc medala layiq görülmüşdür.Onu da qeyd etmək istəyirik ki,Qurbanov Fuad  VIII sinif şagirdidir və o, IX sinif  şagirdlərinin Respublika Fənn  Olimpiadalarında iştirak edərək qızıl medala layiq görülmüşdür.Bu möhtəşəm və qürurverici qalibiyyət münasibətilə onları  təbrik edir və gələcəkdə daha böyük uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi