ADPU-nun təcrübəçi tələbələri ilə görüş keçirildi

Mayın 23-də məktəbdə fevral ayının 18-dən təcrübədə olan  ADPU-nun ibtidai sinif müəllimliyi üzrə fakultəsinin 411-cü qrup tələbələri ilə görüş keçirildi.Görüşdə qrup rəhbəri Gülşən  Eminova,məktəbin direktoru J.Hacıyeva,direktor müavini R.İsmayılova iştirak etdilər. Məktəbin direktoru çıxış edərək pedoqoji təcrübə müddətində təcrübəçi tələbələrin təhkim olduqları siniflərdə sınaq dərsləri verən zaman məktəbin maddi-texniki imkanlarından istifadə etdikləri,respublikamızın həyatında mühüm yer tutan əlamətdar günlər və bayramlarla bağlı məktəbdə tədbirlər təşkil etmələri və tərbiyəvi mövzularda şagirdlərlə əxlaqi söhbətlər apararaq,müzakirələr keçirtdiklərini qeyd etdi.Eyni zamanda təcrübə müddətində fakultə üzrə pedoqoji təcrübə rəhbəri Əməkdar müəllim Zülfiyyə Vəliyeva ,qrup üzrə pedoqoji təcrübə rəhbəri baş müəllim Gülşən Eminova tələbələrlə müntəzəm olaraq görüşdüyü,çətin və məsuliyyətli işlərində öz dəyərli məsləhətlərini verdikləri də bildirildi.

Sonda tələbələrə gələcək fəaliyyətlərində  uğurlar arzulandı və məktəb rəhbərliyi tərəfindən  təcrübəçi tələbələrə  və qrup rəhbəri Gülşən Eminovaya Təşəkkürnamə təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi