Kiçik Akademiya üzvlərinin növbəti  təqdimatı keçirildi

                Mayın 23-də məktəbdə  Kiçik Akademiya üzvlərinin növbəti  təqdimatı oldu.Məktəbin 9 ''a'' sinif şagirdləri Gülnaz Şıxızadə və Xədicə Bədəlova  tərəfindən ''Ulu Öndər  H.Əliyev və milli -mədəni irsimiz'' mövzusunda  təqdimat dinlənildi.Tədbirdə  Kiçik Akademiyanın prezidenti,tarix müəllimi Fehruzzadə Xatirə,məktəbin direktoru J.Hacıyeva,direktor müavini N.Abilova  iştirak etdilər. Təqdimat dövlət himninin səslənməsi ilə başladı.Akademiyanın üzvləri tərəfindən Ulu Öndər H.Əliyevin Azərbaycan mədəniyyəti  inkişafındakı  misilsiz xidmətləri haqqında məlumatları dinlənildikdən sonra mövzu ilə bağlı video çarx nümayiş edildi.Təqdimat Ulu Öndər H.Əliyevin məşhur ''Mən fəxr edirəm ki,Azərbaycanlıyam '' kəlamı ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi