Bir şair ömrünü yaşatmaq üçün...

Bir insan ömrünü girov qoymuşam.Bir şair ömrünü yaşatmaq üçün.Nəriman Həsənzadə haqqında danışmaq ümumən müasir Azərbaycan poeziyası barədə danışmaq deməkdir. Əlinə qələm alandan ümidlərini şeh kimi misralara ələyərək onu çiçək ,gül ətrində təqdim etməyi bacaran,”İnsan ömrünün təkcə ili yox, anı da tarixi bir hadisəymiş” deyən xalq şairi Nəriman Həsənzadə.11 mart 2016-cı il tarixində 111 N-li tam orta məktəbdə xalq şairi Nəriman Həsənzadənin 85 illiyinə həsr olunmuş poeziya gecəsi keçirildi. Tədbirdə məktəbin pedeqoji kollektivi, valideyinlər və şagirdlər iştirak etdi . Tədbiri giriş sözü ilə məktəbin direktoru Jalə Hacıyeva açaraq bildirdi ki, Nəriman Həsənzadə nə yazıbsa, nümunə səviyyəsinə qalxıb. O, yalnız bu günün şairi deyil. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatının saralıb solmayan səifələrinə çevrilib. Nəğmələrinin nəqarəti nəciblik, gözəllik, mərdlik, vətən sevgisi olan şairin şeirləri milli mənsubluğuna görə də dəyərlidir. Məktəbin Azərbaycab dili və ədəbiyyat müəllimi Məlihə Əsədova Nəriman Həsənzadə poeziyasının zənginliyindən danışdı.O, bildirdi ki, Nəriman Həsənzadə şeirlərinin duyğulara ələnən həzinliyində, lirikliyində arzuların, sevgilərin ünvanı görünür. Məktəbin şagirdlərinin ifasında şairin şeirləri və şeirlərinə yazılmış mahnılar səsləndi. Tədbirin sonunda xalq şairi Nəriman Həsənzadə bu görüşə görə hamıya təşəkkürünü bildirdi və şairlə xatirə şəkilləri çəkildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi