OCEP-2019 layihəsi çərçivəsində tədbir keçirildi

    OCEP-2019 Olimpiya Mədəniyyəti və Təhsil Proqramı layihəsi çərçivəsində məktəb Bolqarıstan Respublikası Sofiya şəhərinin 35 nömrəli məktəbi ilə qardaşlaşmışdır.Bu məqsədlə mayın 14-də məktəbdə OCEP-2019 layihəsi çərçivəsində tədbir keçirildi. Tədbirdə Bolqarıstanın Bakıdakı səfiri Nikolay Yankov,xanımı və səfirliyin əməkdaşları,eyni zamanda Azərbaycan Milli Olimpiya Komitəsinin əməkdaşı,OCEP-2019 layihəsinin koordinatoru Ceyhun Rəhimov,Azərbaycan Respublikası Milli Məclisin deputatı, Azərbaycan Respublikası Kinqboksinq Federasiyasının prezidenti Adil Əliyev,Veteranlar arasında dünya Avropa çempionu Hüseynov Həsən,Cüdo üzrə gənclərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi, beşqat Avropa çempionu Elçin İsmayılov,BŞTİ-nin əməkdaşı Xəyalə Rüstəmova,54 №li məktəbin direktoru Sahibə Abbasova,Nəsimi Rayon İcra Hakimiyyətininnümayəndəsi Xalid Kərimov iştirak etdilər. Şagirdlər qonaqları milli adət-ənənələrə uyğun qarşılayaraq salamladılar. Eyni zamanda  Bolqar adət-ənənələri də unudulmadı. Məktəbin gənc idmançılarının təqdimatları,çıxışları ,Bolqar və Azərbaycan rəqsləri  qonaqları valeh etdi. Sonda qonaqlar layihə çərçivəsidə təşkil olunmuş tədbiri yüksək qiymətləndirdilər və uşaqlarla xatirə şəkli çəkdirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi