Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günü qeyd edildi

 

     Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

    Mayın 10-u məktəbdə müasir müstəqil Azərbaycanın qurucusu,görkəmli dövlət xadimi ,xalqımızın dahi oğlu və ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günü qeyd edildi.Bu münasibətilə məktəbdə tədbir keçirildi.Tədbiri açıq elan edən məktəbin  direktoru J.Hacıyeva müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyevin hər zaman qəlbimizdə yaşadığını bildirdi və onun ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbiri davam edən gənc ifaçılar Ulu Öndərə həsr edilmiş şerlər və mahnılar səsləndirdilər.Tədbir şagirdlərin bayram çoşqusu ilə davam etdi.

    Sonda məktəb həyətində Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş gül əkmək aksiyası keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi