Valideynlər şagirdlərin diskusiyasında iştirak etdilər

Martın 3-də 8’’Ç’’ sinf rəhbəri Elnarə Muradovanın rəhbərliyi ilə valideynlər,şagirdlər və məktəb psixoloqu arasında görüş keçirildi.Görüşdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini R.İsmayılova və təşkilatçı müavin N.Abilova da iştirak etdilər.Şagirdlər ‘’Anaya hörmət’’, ‘’Vətənə sevgi’’,’’Böyüklərə qarşı necə davranmalı’’, ‘’Gələcəkdə özümü harda görürəm’’ mövzulu müxtəlif slaytlar təqdim etdilər.Şagirdlərin hər birinin fikri diqqətlə dinlənildi,onlar sərbəst şəkildə öz fikir və düşüncələrini bildirərək,diskusiyaya qatıldılar.Sonda şagirdlər gələcəkdə özlərini hansı sahədə gördüklərini və öz məqsədlərinə nail olmaq üçün çalışacaqlarını bildirdilər.Onları diqqətlə dinləyən valideynlər sonda şagirdlərin çıxışlarından razı qaldıqlarını və onların fikirlərinə çox hörmətlə yanaşdıqlarını bildirərək,  belə diskusiyaların uşaqların dünyagörüşlərində çox böyük rol oynadığını qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi