Tətil günlərinin ekskursiyası

    01 mayda şagirdlərin asudə vaxtlarının və tətil günlərinin səmərəli, maraqlı keçirilməsi məqsədilə  2’’C’’ sinif müəllimi Təranə Əsədova şagirdlərini "Şirvanşahlar Sarayı" və "Miniatür Kitab Muzeyi"nə ekskursiyaya apardı. Ekskursiya zamanı şagirdlər ‘’Şirvanşahlar sarayı’’nın və ‘’Miniatr Kitab Muzeyi’’nin  tarixi ilə yaxından tanış oldular. Şagirdlərə “İçərişəhər Tarix-Memarlıq Qoruğu’’nun ərazisində yerləşən, dünyada ilk özəl ‘’Miniatür Kitab Muzeyi’’nin ekspozisiyası olan miniatür kitabların dünyada ən böyük kolleksiyası kimi Ginnesin Rekordlar Kitabına daxil edildiyi haqqında məlumat verildi. Şagirdlər böyük maraqla bir-bir kitablara baxdılar.Daha sonra şagirdlərə XV əsrdə Şirvanşah I Xəlilullahın dövründə tikilmiş,Bakının mərkəzində, İçərişəhərdə yerləşən saray kompleksinin Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biri olduğu bildirildi.Bu ekskursiya hələ uzun müddət şagirdlərin yaddaşında qalacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi