Oxu günü çərçivəsində təqdimatlar davam edir

    Aprelin 29-da Oxu günü çərçivəsində ‘’5A’’ sinif şagirdləri azərbaycan dili və ədəbiyyat müəllimi Şirin Bayraməliyevanın rəhbərliyi ilə’’Üç qardaş’’ xalq nağılını, Üzeyir bəy Hacıbəyovun ‘’Arşın mal alan’’,Süleyman Sani Axundovun ‘’Qaraca Qız’’,Cəlil Məmmədquluzadənin ‘’Anamın kitabı’’,Nizami Gəncəvinin ‘’Kərpickəsən kişinin dastanı’’,əsərlərini səhnələşdirdilər.İlk öncə şagirdlər tərəfindən Azərbaycan ədəbiyyatının məşhur əsərləri haqqında məlumat verildi.Onlar bildirdilər ki,bədii ədəbiyyat bizə söz sənətinin gözəlliyini duymağa,ondan zövq almağa,zərif hiiss,geniş düşüncə sahibi olmağa kömək edir. Dahi şairimiz Nizami Gəncəvinin ‘’Kərpickəsən kişinin dastanı’’nın təqdimatı zamanı şagirdlər əmək adamlarını dərin məhbbətlə təsvir etdilər.İkinci səhnəcik Süleyman Sani Axundovun ‘’Qaraca qız’’ əsəri oldu.Şagirdlər Qaraca qızın yaşının az olmasına baxmayaraq necə zirək olduğunu,kiçik yaşlarından bərkə -boşa düşdüyünü,həyatın çətinliklərinə dözdüyünü hər kəsə çatdırdılar.Üçüncü səhnəcik Üzeyr bəy Hacıbəyovun ‘’Arşın mal alan’’əsəri üzərində quruldu. “Arşın mal alan” Üzeyir Hacıbəylinin son və ən məşhur operettalırndan biri sayılır. Bu operetta ölməz bəstəkarın Moskva və Peterburqda təhsil aldığı dönəmdə yazılıb .Növbəti əsər isə xalq nağılı olan ‘’Üç qardaş’’nağılının səhnələşmiş təqdimatı oldu.Bu nağılı təqdim etməklə şagirdlər hər şeyin başlanğıcının elmdə olduğunu,elmsiz insanın qanadsız bir quş kimi olduğunu təsvir etdilər.Sonuncu əsər isə Cəlil Məmmədquluzadənin ‘’Anamın kitabı’’ əsərindən bir parça oldu.Bu əsərdə Azərbaycan dilinin saflığından,qorunmasından söhbət açıldı.Sonda məktəbin direktoru çıxış edərək şagirdlərə ‘’Bilik ən böyük xəzinədir’’şüarını aşılamaqla onları yaradıcı təqdimatlarına görə dəyərləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi