Fərdi sərgi təşkili edildi

  Aprelin 26-da VII “Ç” sinif şagirdi Səfərli Dünyanın rəsm işləri məktəbin foyesində sərgiləndi. Çəkdiyi şəkillərdə Dünya  rəssamlıq sənətinin bütün üslublarından məharətlə bəhrələndiyini göstərir, istər məişət, istər mənzərə, istər portret, istərsə də tarixi rəssamlıq janrları Dünyanın fırçasından yan keçmir. Şagird rəsmlərin dili ilə öz dünyasını çox gözəl şəkildə ifadə edir. Dünyanın rəsmləri hər kəs tərəfindən böyük maraqla izlənildi.

   Dünyaya gələcək yaradıcılığında daha böyük uğurlar arzulayırıq.

      

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi