“Oxu dərslərinin  təşkili” adlı müsabiqənin növbəti təqdimatı keçirildi

  

  "Oxu günü” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü barədə şagirdlərə zəruri məlumatların çatdırılması, məktəbdə seçmə yolla bədii əsərlərin oxunuşu və müzakirəsinin təşkil edilməsi məktəbin Fəaliyyət planında nəzərdə tutulur. Bu məqsədlə 15-25 aprel  tarixdə  ibtidai siniflərdə “Oxu dərslərinin  təşkili” adlı müsabiqənin növbəti təqdimatı keçirildi. 1 “A” sinfi “Mərhəmət”, 1 “C” sinfi “Ayı və günəş” mətnlərinin, 4 “B” sinfi “Körpə nəğmənin nağılı” hekayəsinin səhnələşmiş təqdimatını etdi. Səhnələşmiş təqdimatlarda şagirdlər öz bacarıqlarından məharətlə istifadə etməklə maraqlı obrazlar yaratdılar, öz hiss-həyacanlarını, mərhəmətlərini ifadə etdilər. Şagirdlər onlara şifahi verilən tapşırıqları da yerinə yetirərkən  məntiqi təfəkkürlərini inkişaf edərək söz ehtiyatlarını zənginləşdirimiş oldular.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi