“Kiçik Akademiya”nın növbəti təqdimatı keçirildi

  Aprelin 19-da məktəbin “Kiçik Akademiya” üzvlərinin növbəti təqdimatı oldu. Məktəbin VIII “A” sinif şagirdləri Nəzrin Abdullayeva və Sevinc Rüstəmova tərəfindən “OCEP-2O19 layihəsi çərçivəsində Bolqarıstan Respublikasına tarixi baxış” mövzusu təqdim olundu. Tədbirdə “Kiçik akademiya” nın üzvləri, məktəb rəhbərliyi, akademiyanın prezidenti, tarix müəllimi Fehruzzadə Xatirə iştirak etdi. Açılış hər iki dövlətin himnlərinin səslənməsi ilə başladı və Bolqar dilində salamlaşıldı. Mövzu ilə əlaqədar Bolqarıstan dövlətinin formalaşmasında dövlət atributlarının önəmindən, Bolqarıstanın tarixi keçmişindən, siyasi-mədəni irsindən geniş məlumat verildi.  Akademiyanın digər üzvlərinin Bolqarıstan dövlətinin dili, təhsili, mədəniyyəti, etnik tərkibi, adət-ənənələri, haqqında məlumatlarını dinlədikdən sonra mövzu lə əlaqədar slaydlar təqdim olundu, Bolqarıstan haqqında videoçarx nümayiş edildi. Sonda iştirakçılar Bolqar musiqisi sədaları altında Azərbaycan və Bolqarıstan bayraqları ilə həmrəylik və birlik rəqsini təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi