“Oxu dərslərinin təşkili” adlı müsabiqəyə start verildi

  Hər il aprelin 23-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə respublikanın rayon və şəhərlərində ümumtəhsil müəssisələrinin iştirakı təmin olunmaqla kütləvi “Oxu günü” tədbiri keçirilir. "Oxu günü” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü barədə şagirdlərə zəruri məlumatlar çatdırılması, məktəbdə seçmə yolla bədii əsərlərin oxusu və müzakirəsi təşkil edilməsi nəzərdə tutulur. Bu məqsədlə məktəbin aylıq iş planına uyğun olaraq 15-25 aprel tarixdə  ibtidai siniflərdə “oxu dərslərinin  təşkili” adlı müsabiqənin keçirilməsi nəzərdə tutulmuşdur. 1 “Ç”, 2 “A”, 3 “B” sinifləri bu müsabiqəyə  start verdilər. Bele ki, 1 “Ç” sinfi “Mənim sevimli qəhrəmanım” adlı təqdimat, 3 “B” sinfi Nizami Gəncəvinin “Kərpickəsən kişinin dastanı”, 2 “A” sinfi isə “Arı və çiçək” hekayələrinin səhnələşmiş təqdimatını etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi