Aprel döyüşlərinə həsr olunmuş açıq dərs keçirildi

 

   2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi.
  Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Aprel döyüşləri Azərbaycan ordusunun tarixinə yazıldı.

  Aprel 5-də məktəbdə tarix müəlliməsi Fehruzadə Xatirənin  rəhbərliyi ilə 8 “A” sinifində Aprel döyüşlərinə həsr olunmuş açıq dərs keçirildi. Dərs Dövlət Himni ilə başladı, daha sonra şagirdlər mövzu ilə bağlı slaydlar təqdim etdilər, aprel döyüşləri, şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımız haqqında ətraflı məlumat verdilər.  Dərs Prezident İlham Əliyevin bu sözləri ilə yekunlaşdı: “bir daha təsdiqləyir ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcək. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də olacaq”. 

  Sonda  açıq dərsdə iştirak etmiş direktor müavinləri İsmayılova İradə və Abilova Nəzakət mövzu ilə bağlı öz fikirlərini söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi