Soyqırıma həsr edilmis dərslər keçirildi

 

  1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

  Martın 29-da məktəbdə 31 mart-Azərbaycanlıların soyqırımı ilə əlaqədar açıq dərslər keçirildi. Şagirdlər şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Soyqırımı əks etdirən  lövhənin önünə tər qərənfillər qoydular. Dərslərdə 1918-ci il mart hadisələrini əks etdirən videolar nümayiş etdirildi, məktəblilər faciəyə həsr olunmuş məlumat və şeirlər səsləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi