“Kod saatı” aksiyasında şagirdlərimiz iştirak etdilər

 

   Martın 16-da Bakı şəhəri üzrə 12 ümumi təhsil məktəbində “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində “Kod saatı” aksiya keçirildi. “Kod Saatı” təşəbbüsü proqramlaşdırmanın populyarlaşdırılması ilə məşğul olan “Code.org” publik qeyri-kommersiya təşkilatı tərəfindən təşkil olunub. 

   “Kod saatı”  hərəkatının əsas məqsədi proqramçı peşəsini məktəblilər arasında populyarlaşdırmaq, şagirdlərin və onların valideynlərinin diqqətini informasiya texnologiyaları ilə bağlı peşələrə cəlb etmək, həmçinin proqramlaşdırmanın çətinliyi haqqında mifləri dağıtmaqdır.

   Məktəbin həvəskar şagirdləri də 30-40 dəqiqə keçirilən bu aksiyada iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi