Məktəbdə Mikayıl Müşfiq yaradıcılığına həsr olunmuş tədbir keçirildi

           

   Martın 15-də məktəbdə Mikayıl Müşfiq yaradıcılığına həsr edilmiş “Ah, mən gündən-günə bu gözəlləşən, İşıqlı dünyadan necə əl çəkim?!” adlı ədəbi-bədii poeziya gecəsi keçirildi. Poeziya gecəsində şeirə, sənətə dəyər verən qonaqlar-Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun professoru Səfurə Quliyeva, Filologiya Elmlər Doktoru Esmira Fuad Şükürova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Oktay Rza və Ofeliya Hacızadə, Müşfiq yadigarı, Dilbər xanımın qızı Leyla xanım Məmmədli iştirak etdilər. Ədəbi poeziya gecəsində şagirdlərin ifasında şeirlər dinlənildi və şairin şeirlərinə bəstələnmiş mahınlar təqdim olundu. Sonda qonaqlar bədii gecə haqqında öz müsbət fikirlərini söylədilər, məktəb rəhbərliyinə, tədbirin təşkilatçıları olan məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Mömünə Şükürova və Şirin Bayraməliyevaya öz minnətdarlıqlarını bildirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi