OCEP layihəsi çərçivəsində tədbir keçirildi

 

 “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində proqrama cəlb olunan məktəblər sırasında R.Nəsirov adına 111 saylı tam orta məktəb də vardır. Məktəb Bolqarıstan Respublikası Sofiya şəhəri 35 saylı məktəblə qardaşlaşmışdır.

   OCEP layihəsi çərçivəsində məktəbin Bolqarıstan Respublikası ilə qardaşlaşmış əlaqələri təsdiq olunmuşdur. Bu məqsədlə məktəbdə Bolqarıstanın tarixi, mədəniyyəti və adətləri ilə bağlı tədbirlərin keçirilməsi, bu ölkənin dövlət, mədəniyyət və elm xadimləri ilə görüşlərin təşkil edilməsi nəzərdə tutulmuşdur.

  Martın 14-də OCEP 2019 layihəsi çərçivəsində məktəbin 1 “Ç” sinif şagirdlərinin iştirakı ilə Bolqarıstan Respublikasına həsr olunmuş  "Bolqarıstan Uşaqların Gözü İlə" adlı geniş təqdimat keçirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi