Qan yaddaşımız!

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".20-26 fevral 2016-cı il tarixdə məktəb üzrə Xocalı soyqırımının 24-cü il dönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. Məktəbin bir qrup şagird və müəllimi Bakı Baş Prokurorluğun inzibati binasında təşkil olunmuş Xocalı soyqırımı muzeyində oldular, yaradıcılıq mərkəzində bədii kompazisiya təqdim etdilər. 26 fevral tarixdə məktəb üzrə birinci dərslər Xocalı soyqırımına həsr olundu,mövzuya uyğun olaraq bütün siniflərdə şagirdlər təqdimatlar etdilər.İnternet şəbəkəsi vasitəsi ilə Xocalı soyqırımını əks etdirən materiallar yerləşdilər. Məktəb üzrə Xocalı soyqırımına həsr olunmuş “Bu qan yerdə qalmayacaq,Xocalı!” adlı ədəbi-bədii kompazisiya təqdim edildi.Eyni zamanda 26 fevral tarixində məktəbin bir qrup şagird və müəllimi “Xocalıya ədalət” şüarı altında Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış Abidəni ziyarət etdilər.Bu gün hamıda bir inam var: Bayrağımız tezliklə Qarabağda dalğalanacaq!Şəhidlərimizin qanı yerdə qalmayacaq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi