“Nə yaxşı ki, sizlər varsınız”! adlı tədbir keçirildi

     Qadınlar xarakter baxımından bir-birinə bənzəməz – zəifi olur, güclüsü olur. Onları birləşdirən yeganə bir ad var – Ana adı! Qadınlar fərqli olsalar da analar fərqli olmur: istəkləri, arzuları, sevinc və kədərləri ilə bir-birlərinə bənzəyirlər. Bütün analar övlad yolunda hər cür cəfaya hazır olur, gözlərinin nurunu, saçlarının rəngini, gecələr yuxusunu balasından əsirgəmir. Balası güləndə gözləri gülən, ağlayanda gözlərindən leysan tökən analar, halımıza yanan, yaşımızdan asılı olmayaraq hər an aradığımız, soraqladığımız Analar! Nə yaxşı ki, sizlər varsınız deyən məktəbin şagirdləri martın 7-də "8 Mart - Beynəlxalq Qadınlar günü" münasibəti ilə tədbir təqdim etdilər. Şagirdlər hazırdıqları çox maraqlı, rəngarəng musiqi nömrələrini tədbirə dəvət olunmuş analarına, nənələrinə, müəllimlərinə hədiyyə etdilər. Dəvət olunmuş hər kəs tədbirdən böyük zövq aldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi