Azərbaycan tarixi fənnindən açıq dərs keçirildi

  Fevral 28-də 6 “B” sinfində məktəbin tarix müəllimi Elnarə Qurbanovanın rəhbərliyi ilə Azərbaycan tarixi  fənnindən açıq dərs keçirildi. Dərs prosesində şagirdlərin yaradıcı, müstəqil işə meyilin artırılması təqdim olundu. Şagirdlər qəhrəmanlıq mövzusuna olan bilgilərini Azərbaycan xalqının qəhrəman oğlu, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadənin timsalında təqdim edərək bildirdilər ki, Mehdi Hüseynzadə 1941-1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çox saylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanıb. O, öz adını Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinin şanlı səhifəsinə şərəflə yazıb.Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu maraqlı həyat yolu bu gün Vətənimizin  sərhədlərini layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir. Dərs prosesində “Uzaq sahillərdəfilmindən fraqmentlər göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi