Ədəbiyyatdan açıq dərs keçirildi

  Fevral 28-də məktəbin kitabxanasında 8 “A” və 8 “B” sinif şagirdlərin iştirakı ilə ədəbiyyat fənnindən açıq dərs keçirildi.  Dərsin mövzusu Aşıq Ələsgər yaradıcılığı və “Dağlar” şeirinin təhlili idi. Şagirdlər Aşıq Ələsgərin həyatı, yaradıcılığı, poeziyası, Azərbaycanın coğrafiyası, qədim Göyçə mahalının aşıqları haqqında geniş məlumatlar verdilər. Onlar bildirdilər ki, qədim Azərbaycan torpağı Göyçə mahalının Ağkilsə kəndində yazıb yaradan qüdrətli sənətkar Aşıq Ələsgər aşıq-saz sənətini ucaldaraq yüksək zirvəyə qaldırmışdır. Aşıq şeirinin bütün janrlarında qələminin gücünü sınayan Aşıq Ələsgərin dərin məna tutumuna malik, bir-birindən gözəl gəraylı, qoşma, təcnis, cığalı təcnis, müxəmməs nümunələri yaratdığını,onun yaradıcılığında təbiət mövzusunun xüsusi yer tutduğu qeyd olundu. Bildirildi ki, Aşıq Ələsgər doğma yurdun təbiətinin gözəlliyindən ilham almış və başı qarlı dağları, yayda sərin yaylaqları, durna gözlü bulaqları, güllü-çiçəkli, al-əlvan çəmənləri sonsuz bir məhəbbətlə tərənnüm edən aşiq sənətkardır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi