Şagirdlər “Ana harayı” abidəsini ziyarət etdilər

    Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar  fevralın 27-də məktəbin 6"B" və 2"C" sinif şagirdləri Xətai rayonu ərazisində faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini  ziyarət etdilər. Ziyarət zamanı şagirdlər şəhid olan həmvətənlərimizin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri qoyub şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.

    Sonra şagirdlər  Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya etdilər.Bələdçi-tərcüməçi Nurtac Piralızadə şagirdlərə muzeyin ilk zalı olan qədim, erkən, orta əsrlər dövrü, Manna-Midiya, Atropatena, Albaniya, Səfəvilər dövlətləri, Azərbaycanda xanlıqların yaranması və onların qoşun növləri haqqında ətraflı məlumat verdi. Muzey bələdçisi Gülnar Bəşirova isə100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qurucuları, dövlət atributları - gerbi, bayrağı, himni ilə bağlı ətraflı məlumatları ekskursiyada iştirak edənlərə çatdırdı.
Texnika və silah hissə rəisi İntiqam Əkbərovun Azərbaycan Hərb Tarixi Muzeyinin həyətində nümayiş olunan hərbi texnikalar haqqında verdiyi məlumat  uşaqlarda xoş təəssürat yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi