Məktəbdə"Valideynin məktəbdə bir günü" layihəsi həyata keçirildi

 22 fevral tarixində məktəbdə"Valideynin məktəbdə bir günü" layihəsi həyata keçirildi. Görüş "Valideynin məktəbdə bir günü" layihəsinin proqramına əsasən keçirildi.

Əvvəlcə məktəbin akt zalında valideynlərlə görüş təşkil olundu.Rəhbərlik tərəfindən məktəb-valideyn münasibətlərindən,məktəbin nailiyyətlərindən və məktəbdə təhsilin keyfiyyətinə təsir edən amillərdən danışıldı. Məktəblə bir daha tanışlıqdan sonra 33 sinifdə keçirilən dərslərdə valideynlər iştirak etdilər.Dərslər dinlənildikdən sonra  valideynlərin təklif və rəyləri dinlənildi,fikir mübadiləsi və müzakirələr aparıldı.Sonda təqdim olunan bədii hissədə şagirdlər öz valideynləri üçün hazırladıqları əyləncəli musiqili proqramı böyük həvəslə təqdim etdilər.Valideynlər və müəllimlər bu görüşdən çox məmnun qaldılar.

Layihənin təşkil olunmasında əsas məqsəd valideynləri övladlarının təhsil aldıqları tədris ocaqları ilə yaxından tanış etmək, istər infrastruktur, istərsə də tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını daha da genişləndirməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi