Məktəbdə“Beynəlxalq Ana dili günü”nə həsr olunmuş tədbir keçirildi

21 Fevral bütün dünyada “Beynəlxalq  Ana dili günü” kimi qeyd olunur.  21 fevral 2019-cu il tarixdə məktəbin  Azərbaycan dili və ədəbiyyat müəllimlərinin rəhbərliyi ilə  “Beynəlxalq Ana dili günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, valideynlər,müəllim və şagird kollektivi iştirak etdi. İlk olaraq tədbir aparıcıları Beynəlxalq Ana dili gününün və dilimizin tarixi haqqında maraqlı məlumatları və fakları iştirakçıların nəzərinə çatdırdılar. Bədii hissədə şagirdlərin hazırladıqları şeirlər,səhnəciklər, dilimizlə bağlı mahnılar və rəqs nümunələri nümayiş olundu. 
Tədbirimizin sonunda məktəbin direktoru Jalə Hacıyeva dilimizin tarixi haqqında əlavə məlumat verərək dilimizin gözəlliyini böyük həvəslə tərənnüm edən şagirdlərə təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi