Həftə sonu istirahəti

Həftə sonlarını həm dincəlmək, həm də səmərəli keçirtmək məqsədi ilə məktəbimizin şagirdləri muzeylərə ekskursiya etdilər. İncəsənət,tarix,xalça muzeyi ilə tanış olan uşaqlar gəzintidən böyük zövq aldılar.Tarix muzeyində tariximizi əks etdirən yüzlərlə eksponatlarla tanış oldular, incəsənət muzeyində gəzintidən əlavə öz əl işlərindən ibarət rəsm də çəkdilər. Xalça muzeyində milli ornamentlərimizi özündə əks etdirən naxışlardan ibarət xalçalar daha çox maraqlarına səbəb oldu. Belə gəzintilər şagirdlərimizin estetik zövqlərinə çox müsbət təsir göstərir,milli incəsənətimizə marağı artırır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi