“Dilimiz Varlığımızdır”

llər ötdü, yaşa doldumAnladım ki, ana dilimÜrəyimdən çıxmaz mənim,Doğransam da dilim-dilim.Hər bir xalqı, milləti başqalarından fərqləndirən mühüm amillərdən biri və ən başlıcası onun dilidir. Bu baxımdan Azərbaycan dili də özünəməxsusluğu, gözəlliyi, dolğunluğu, mükəmməlliyi və şirinliyi ilə başqa dillərdən seçilir. Məhz buna görə də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Bilik günündə Bakıdakı 148 N-li tam orta məktəbin açılışındakı nitkindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq 22.02.2016-cı il tarixdə 111 N-li tam orta məktəbdə “Dilimiz Varlığımızdır” adlı geniş musiqili ədəbi- bədii tədbir keçirildi.Tədbirdə Nəsimi rayon İH-i ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin baş məsləhətçisi Xalid Kərimov,BŞTİ-i Metodiki mərkəzinin əməkdaşları: Sitarə Məmmədova, Sədaqət Musayeva,BPKİYİ-nun Azərbaycan dili və ədabiyyat kafedrasının müəllimi,şair Mehdi Calal, “Psixoloq” qəzetinin baş redaktoru Tahir Heydərov,valideynlər qonaq qismində iştirak etdilər. Tədbir boyunca yuxarı sinif şagirdlərinin ifasında şerlər, musiqi nömrələri nümayiş etdirildi və tarixi səhnələr canlandırıldı,Ulu Öndər Heydər Əliyevin dilimiz haqqında söylədiyi dəyərli fikirlər səsləndirildi. Tədbirin sonunda qonaqlara söz verildi: Qonaqlar tədbirdən böyük zövq aldıqlarını bildirdilər və şagirdlərin iştirakını yüksək qiymətləndirdilər.Məktəbin direktoru Jalə Hacıyeva tədbirin təşkilinə görə Azərbaycan dili və ədəbiyyat müəllimlərinə və şagirdlərə öz minnətdarlığını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi