Balacalar "Vitamin aylığı"nı yekunlaşdırdılar

 14 yanvar tarixdə məktəbin 2”C” sinif müəllim Təranə Əsədovanın rəhbərliyi ilə sinif şagirdləri "Vitamin aylığı"nın yekunu olaraq“C vitamini”adlı layihə həyata keçirdilər.Soyuq qış aylarında soyuqdəymə və qripdən qorunmaq üçün bol miqdarda C vitamini qəbul etməyin faydalı olduğunu söyləyən Təranə müəllimə uşaqlarla birlikdə portağal suyu çəkdilər və bütün şagirdlər təzə çəkilmiş meyvə şirəsini çox böyük ləzzətlə içdilər.Bu işi hər gün etmələrini uşaqlara məsləhət görən Təranə müəllimə C vitamini ilə zəngin olan sitrus meyvələrinin faydasından da danışmağı unutmadı.Çox böyük diqqətlə müəllimlərini dinləyən və izləyən balacalar bu layihədən böyük zövq aldılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi