Məktəbdə “Məktəb vətənpərvərlik tərbiyəsinin təbliğində əsas mərkəzdir” mövzusunda tədbir keçirildi.

  14 yanvar tarixdə məktəbdə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc Vətənpərvərlər İctimai Birliyi “Yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliği” adlı layihə çərçivəsində məktəbdə Məktəb vətənpərvərlik tərbiyəsinin təbliğində əsas mərkəzdir mövzusunda tədbir keçirildi.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru J.Hacıyeva bildirdi ki,gənclərimizdə vətənpərvərlik hisslərinin aşılanması,onlarda vətən sevgisinin və məsuliyyətin daha da artırılması,uşaq, yeniyetmə və gənclər arasında qəhrəmanlarımız haqqında maarifləndirmə və təbliğat işlərinin aparılması,eyni zamanda dövlət rəmzlərinin təbliği mütəmadi olaraq  həyata keçirilir.Tədbirdə Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Müqamət Əliyev çıxış edərək bildirdi ki, vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki hazırlığına da diqqət artırılmalıdır.Milli və mənəvi dəyərlər,tarixi keçmişimiz və bu günümüz gənclərə aşılanmalıdır.Məktəbin tarix müəllimi Xatirə Fehruzadə,UBR rəhbəri Samirə Paşayeva da çıxış edərək qeyd etdilər ki,gənc nəsil kiçik yaşlarından vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır.Onlar çıxışlarında vətənpərvərlik ruhunun, milli mənəvi dəyərlərin aşılanmasında ailənin və cəmiyyətin böyük rolu olduğunu bildirdilər.Məktəbli Nəzrin Əsədova, Nəzrin Abdullayevanın bu mövzudakı təqdimatları çox böyük maraqla dinlənildi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi