Məktəbin müəllimi “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olundu

28 dekabr tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən  təhsil işçilərinin mükafatlandırılma mərasimi keçirilib. Mərasimdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva tədbir iştirakçılarını salamlayaraq, təhsil sahəsində aparılan islahatlardan, ötən ildə qazanılmış uğurlardan danışıb.

Çıxışı zamanı M.Vəliyeva təhsil işçilərinin bundan sonra da vəzifələrinin öhdəsindən layiqincə gələcəyinə, təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, ölkədə müasir təhsil sisteminin qurulması və gənc nəslin vətənpərvərlik, azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsində əzmkarlıqla çalışacaqlarına inamını bildirib.

Sonda nazir müavini tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yen il münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Tədbirdə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim olunub. Həmçinin BŞTİ-nin əməkdaşlarına, pedaqoji mühazirə qaliblərinə diplom və hədiyyələr verilib.

Məktəbin ingilis dili müəllimi Quliyeva Qıztamam Əliağa qızı “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olundu. Ona gələcək fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi