Məktəbdə "Möhtəşəm 15 il" adlandırılan “Dəyərli masa” keçirildi

    Azərbaycanın yeni əsrdə yeni lideri olan İlham Əliyevin birinci müddətə Prezident seçilməsindən 15 il ötür. Müasir tariximizə möhtəşəm 15 il kimi yazılan bu dövrdə Azərbaycan misilsiz inkişaf yolu keçib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb, ölkəmizin beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləndirib.

   Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə həm də Heydər Əliyevə, onun siyasi kursuna sadiqliyini nümayiş etdirdi. İlham Əliyev  andiçmə mərasimində ona göstərilən etimada görə xalqa minnətdarlığını bildirdi, Heydər Əliyev siyasətinə sadiq qalacağını bir daha bəyan etdi: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.

 

    20.12.2018-ci il tarixdə məktəbdə İlham Əliyevin  15 illik hakimiyyəti dövrünə həsr olunmuş “Dəyərli masa” keçirildi. Tədbiri  açıq elan edən məktəbin direktoru Jalə Hacıyeva  tədbir iştirakçılarına Prezident İlham Əliyevin Azərbaycan üçün gördüyü işlərindən,onun  düzgün strategiyasından,ölkəmiz üçün apardığı məqsədəuyğun  islahatlardan,vətənimizin azadlığı uğrunda etdiyi mübarizədən danışdı. Məktəbin 15 yaşlı  şagirdləri onun keçdiyi şərəfli həyat yolundan söhbət açdılar, İ.Əliyevin 15 illik hakimiyyəti dövründə xalqa və dövlətçiliyə xidməti,misilsiz iqtisadi uğurları xüsusi  vurğuladılar. Sonra onun keçdiyi mənalı ömrü əks etdirən videorolik nümayiş edildi.

   Azərbaycan xalqı həmişə öz liderinə güvənib, ona ən güclü dayaq olub. Prezident İlham Əliyev respublikamızın sürətli inkişafından, qazanılan nailiyyətlərdən bəhs edərkən həmişə böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Şübhəsiz, bu cür qarşılıqlı inam şəraitində Prezident İlham Əliyev hələ uzun illər xalqı öz arxasınca daha yüksək zirvələrə və böyük qələbələrə doğru aparacaq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi