Pilot sinifdə “Gigiyena qaydaları” mövzusunda dərs keçirildi

    Məktəbin 1a sinfi 2018/2019- cu dərs ilində Azərbaycan Respublikasının Təhsil İnstitutu Tədris Resursları Mərkəzi  tərəfindən həyata keçirilən pilot  sınaq layihəsinə qatılmışdır. Bu sinifdə Azərbaycan dili və riyaziyyat fənninin tədrisi üçün ehtiyat dərslik komplektindən  istifadə olunur. Az müddət ərzində həyata keçirilən bu layihənin iştirakçıları olan birincilər öz uğurları, müvəffəqiyyətləri ilə həm valideynlərini, həm də sinif müəllimi Rəna Musayevanı cox sevindirirlər.

    17 dekabr tarixdə Azərbaycan dili fənnindən “Gigiyena qaydaları” mövzusunda keçirilən dərsdə birincilər çox böyük fəallıq göstərdilər. Onlar mövzu ətrafında müşahidələr apardılar, sərbəst şəkildə yekun təqdimat verdilər. Birincilərin ehtiyat dərsliklərinin tədrisindəki uğurları davamlıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi