Vətən sağ olsun

Məktəbimizdə şəhid Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş tamaşa təqdim olundu. Şagirdlərin iştirakı ilə səhnələşdirilən tamaşanın hər anı maraqla izlənilirdi. Mübarizin valideyinlərinə yazdığı məktubu oxuyanda isə zalda oturan şagird və müəllim heyyəti göz yaşlarını saxlaya bilmədi. "Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".Allah şəhidlərimizə rəhmət etsin!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi