Məktəblilər Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət etdilər

13 dekabr tarixdə ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə  məktəbin 2c sinif  şagirdləri Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət etdilər.Uşaqlar ümummilli  liderin məzarı üzərinə gül dəstəsi qoyub, onun xatirəsini ehtiramla anıblar.Daha sonar onlar Zərifə xanım Əliyevanın da məzarını ziyarət etdilər. 2c sinif müəllimi Təranə Əsədova şagirdlərə Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyət haqqında məlumat verdi.Bildirdi ki, Azərbaycan xalqının tarixi şəxsiyyətləri içərisində ümummilli lider adını qazanmış görkəmli dövlət xadimi ,dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır.Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi