Anım gününə həsr olunmuş dərslər keçirildi

  Azərbaycan xalqının tarixində  müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olub.Bu böyük şəxsiyyətlər zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar. 
Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır.
Ötən zaman kəsiyi göstərdi ki, ulu öndər Heydər Əliyevin həlledici bir məqamda respublikamızda hakimiyyətə gəlişi Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və ölkəmizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaratdı.  Ulu öndər xalqının əsrlər boyunca uğrunda çarpışdığı ən ümdə haqqını reallığa çevirdi. Mənsub olduğu xalqın  ən yüksək məqama – müstəqilliyə qovuşdurdu.

            11 dekabr tarixdə məktəbin  Azərbaycan dili və ədəbiyyat müəllimləri M.Şükürova, M. Əsədovanın, rəhbərliyi ilə 5c, 9b  siniflərində Ulu öndər Heydər Əliyevin anım gününə həsr edilmiş dərslər   keçirildi. Ulu öndərin tarixi həyat yoluna nəzər salındı , ruhu yad olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi