Məktəbdə SSG layihəsi üzrə “Qlobal Əlyuma Günü” kampaniyası keçirildi

06 dekabr tarixdə məktəbdə “Azərbaycanın seçilmiş məktəblərində Su, Sanitariya və Gigeynik təhsilin yaxşılaşdırılması” layihəsi çərçivəsində keçirilən “Qlobal Əlyuma Günü” kampaniyası keçirildi.Tədbirdə qonaq qismində  Azərbaycan Respublika Təhsil Nazirliyinin İnnovasiyalar Sektorunun müdiri Vidadi Bağırov , UNİCEF Azərbaycanın Təhsil Proqramının rəhbəri Leyla Həsənova, BŞTİ-nin İnkişaf layihələri Sektorunun müdiri Arzu Tairquliyeva, Təhsil Texnologiyaları Sektorunun direktoru Valeh Mirzəliyev, Beynəlxalq və milli qiymətləndirmə şöbəsinin baş mütəxəssisi Tofiq Sadıxov,  Təhsil İnstitutunun nümayəndəsi Tural Hətəmxanov, “YİY Konsalting” MMC-nin direktoru Vüsal Mirzəyev,   layihədə istirak edən 13,45,83,166,76,214,284,169,321 nömrəli tam orta  məktəblərin direktorları və layihə üzrə klub üzvləri iştirak etdilər.

Tədbir boyunca SSG mahnı performansı, Su, Sanitariya və Gigeyena haqqında təqdimat, əlyuma ilə bağlı fləşmob, “Təmizlik” şeir performansı, “Günəş olaram mən də” rəqs performansı, “Sudan gələn sürməli qız” rəqs performansı, Forum teatr, idman klubunun uğurlu nəticə göstərən şagird üzvlərinin performansı, “Təbiətşünaslıq dərsi” səhnə performansı, slayd şou təqdim olundu.Tədbirin bağlanışında 111 nömrəli tam orta məktəbin şagirdi, SSG klubun üzvü Nemət Tağıyev “Azərbaycan” mahnısını səsləndirdi və məktəblilər layihədə fəal iştiraklarına görə mükafatlandırıldı.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi