Məktəbdə nümunəvi riyaziyyat dərslərinin təqdimatına başlanıldı

Məktəbin fəaliyyət planına uyğun olaraq noyabr ayında riyaziyyat fənninin tədrisi vəziyyəti oyrənilmişdir.Yekun olaraq nümünəvi dərslərin nümayişinə  başlanılmışdır. 05 dekabr tarixdə  5ç sinfndə riyaziyyat müəllimi Elnarə Muradova “Məxrəcləri bərabər olan kəsrlərin toplanması” mövzusunda nümunəvi dərs verdi. Dərs mövzunun standartlarına cavab  verən səviyyədə aparıldı:  müəllimin tədris etmə bacarığı,öyrətməyə və öyrənməyə olan inamı, qiymətləndirmə prosesi haqqında bilik və bacarığı nümayiş edildi. Dərs prosesində şagirdlər 2 qrupa: “Torpaq” və “Azərbaycan” qruplarına ayrılaraq  öz işlərini nümunəvi şəkildə təqdim etdilər.

Riyaziyyat müəllimi Sevinc İsmayılova 7a sinfndə “Üçbucaqların konqruyentliyinin 1-ci əlaməti”mövzusunda dərs nümayiş etdirdi.Dərsə verilən bütün tələblər yerinə yetirildi. Müəllimin müdaxiləsi olmadan motivasiya  şagird Əsədova Ayla tərəfindən qoyuldu və köhnə dərsin təqdimatı

şagirdlər tərəfindən davam edildi. Şagirdlər İKT bacarıqlarını da  nümayiş etdilər.Dərsin sonunda səviyyələr üzrə qiymətləndirmə aparıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi