Təhsilalanların peşəyönümü ilə əlaqədar görüş keçirildi

Əmək tərbiyəsinin yeniyetmə və gənclərin peşə yönümü sahəsində böyük və əhəmiyyətli rolu vardır. Peşə – xalq təsər­rü­fatının bu və ya digər konkret bir sahəsinə aid bilik, bacarıq və vər­diş­lərə yiyələnmə və həmin sahədə fəaliyyətə qoşula bilmək üçün və fəaliyyət göstərmək üçün yiyələnmiş zəruri əmək bacarıq və qabi­liyyətləridir.

 Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının əsas istiqamətlərindən biri də təhsilalanların peşəyönümüdür.Bununla əlaqədar olaraq 03 dekabr tarixdə məktəbdə Nəsimi rayon Məşğulluq Mərkəzinin əməkdaşı Elgün Əliyev, Dövlət Məşğulluq Mərkəzinin psixoloq-təlimçisi Sevinc Məmmədova, Vüsal Bayramovun iştirakı ilə məktəbin valideyn və şagirdləri ilə görüş keçirildi. Tədbirin məqsədi Azərbaycanda peşə təhsilinin əhəmiyyətini, cəmiyyətdə rolunu, məzunlar üçün yaratdığı iş imkanlarını əsas hədəf kütləsi olan şagirdlərə təlqin edilməsi, qurumlar arasında bu istiqamətdə əməkdaşlığın təşviqi və genişləndirilməsi oldu.Şagirdlər onları maraqlandıran suallara ətraflı cavab aldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi