Məktəbdə "Sağlam olaq" mövzusunda diskusiya keçirildi.

23 noyabr tarixdə məktəbin biologiya müəllimi,qonaq qisminində iştirak edən  məktəbin məzunları-ADA Universitetinin tələbələri olan Gülzar İsmayılova,Həlimə Fətullazadə,Gülay Əsgərova,Murat Əliyev və Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi Vəfa Orucəliyeva, 3 nömrəli şəhər klinikasının həkimi Firuzə Eminovanın iştirakı ilə bir qrup məktəbin şagirdləri ilə “İlk yardım haqqında məktəbliləri maarifləndirək” mövzusunda görüş keçirildi. Görüş zamanı şagirdlər ilk tibbi yardım haqqında geniş məlumat əldə etdilər. Bu görüş onlarda  sağlamlığın qorunması, sağlam həyat tərzinin təmin edilməsi,eyni zamanda ilk tibbi yardımın göstərilməsi haqqında bilgilərini daha da artırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi