ADA Universitetində görüş.

 ADA 2006-cı ildə yaradılıb, Prezidentin fərmanı ilə universitetə ​​çevrilib və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən akkreditə olunmuşdur. ADA Universiteti innovativ qlobal liderləri hazırlamaq və diplomatiya, ictimai və beynəlxalq əlaqələr, biznes, humanitar və elmlər, informasiya texnologiyaları və sistem mühəndisliyi sahəsində faydalı əməkdaşlıq tədqiqatlarının təşviqinə həsr olunur.

 

 ADA Universiteti ilə daha yaxından tanış olmaq məqsədilə məktəbin bir qrup 10-11 sinif şagirdləri 26 noyabr tarixdə qonaq qismində Universitetdə oldular. Onları Universitetin əməkdaşları və məktəbin məzunları,hal-hazırda ADA Universitetində təhsil alan Gülzar İsmayılova,Hacılı Nərmin, Hacılı Pərvin, Ağazadə Səma qarşıladılar. Çox maraqlı keçən görüşdə Universitetin fəaliyyəti, tələbələrə yaradılan şərait və təhsilin uğurları haqqında  geniş məlumat verildi.

 

  Şagirdlər bu gorüşdən çox böyük təəssüratla qayıtdılar.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi