№1 Çörək zavoduna ekskursiya.

 Şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi günün əsas tələblərindən biridir. Bu məqsədlə təşkil olunan ekskursiyalar,gəzintilər şagirdlərdə müsbət keyfiyyətlər yaranmasında,onların dünya görüşlərinin artmasında mühüm rol oynayır .23 noyabr tarixdə məktəbin rəhbəri Aydan Cavadovanın 2c sinif şagirdləri  №1 Çörək zavoduna ekskursiya etdilər.Onları qarşılayan zavodun əməkdaşı uşaqlara zavod haqqında geniş məlumat verdi.Bildirdi ki, №1 Çörək zavodu, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Sahibkarlığın inkişafına dəstək siyasətinə uyğun olaraq, dövlətin krediti və “Gilan Holding” MMC-nin vəsaiti hesabına 2012-ci ildən inşa olunmağa başlamışdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirilməsi nəticəsində ölkəmiz bütün sahələrdə sürətlə inkişaf etmişdir. Bu uğurlu siyasətin nəticəsi olaraq zavodun yaradılması həm də özəl sektorun inkişafına ölkədə göstərilən qayğının əyani təcəssümüdür. Respublika əhəmiyyətli belə böyük müəssisələrin istifadəyə verilməsi ilk növbədə vətəndaşların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi istiqamətində atılan vacib addımlardandır. Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi məqsədilə çörək zavodu Almaniyanın ən son texnologiyası əsasında qurulub. İnşaat işləri yüksək standartlara uyğun şəkildə aparılıb. Müəssisənin ümumi sahəsi 3 hektara yaxındır və gündəlik istehsal gücü 168 ton təşkil edir.Zavodun açılışı 2013-cü ilin oktyabr ayının 18-də Prezident cənab İlham Əliyevin iştirakı ilə həyata keçirilib.

      Uşaqlar bu ekskursiyadan çox şey öyrəndilər və böyük təəssüratla qayıtdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi