Şagirdlərimiz "Ölkəmizi tanıyaq"tur- aksiyasına qatıldılar.

 

Noyabrın 14-də Nəsimi rayon orta ümumtəhsil məktəblərində təhsil alan 40 şagird Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Gəncə şəhərinə yola düşüblər. Nəsimi rayon məktəbliləri Gəncə ilə yanaşı, Şəmkir və Göygöl rayonlarına da səfər edəcəklər.

 Nəsimi rayon Rövşən Nəsirov adına 111 saylı orta məktəbin şagirdi Riyad Məmmədov qeyd etdi  ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncə şəhərinə, Şəmkir və Göygöl rayonlarına səfər edəcəyik. Əminəm ki, ölkəmizin bölgələri ilə tanışlıq bizim üçün yaddaqalan olacaq, səfərdən zəngin təəssüratlarla qayıdacağıq.

 Tur-aksiya çərçivəsində qazanacağı xoş təəssüratları məktəbli dostları ilə bölüşəcəyini deyən 111 saylı orta məktəbin şagirdi Səkinə Sadıqova   ölkəmizin tarixi abidələri, görməli yerləri ilə bağlı zəngin məlumatlar almaq üçün bunun gözəl imkan olduğunu bildirdi.

 Tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra xüsusi avtobuslarla Gəncə şəhərinə yola düşüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi