Məktəbdə “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı tədbir keçirildi

Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

    Bu gün məktəbdə 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş musiqili ədəbi-bədii gecə keçirilmişdir. “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlandı. Üçrəngli dövlət bayrağımız təntənəli musiqi sədaları altında səhnəyə gətirildi. Tədbiri açıq elan edən məktəbin direktoru Jalə Hacıyeva  ümummilli lider Heydər Əliyevin “Bayrağı sevmək, onu uca tutmaq hər bir vətəndaşın borcudur” sözlərini xatırlatdı, dövlətimizin müqəddəs rəmzlərindən olan bayrağımızın doğma Qarabağımızda dalğalanmasını arzulayaraq, məktəblilərin bayrağa və digər dövlət rəmzlərinə hörmətlə yanaşmasının vacibliyini vurğuladı.

   Şagirdlər öz növbəsində  Vətən, bayraq, azadlıq, müstəqillik haqqında şeirlər söylədi, milli rəqslərimizdən nümunələr ifa etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi