Şagirdlərimiz “ Qızıl payız ” adlı guşə hazırladılar

Şagirdlərin daxili aləmlərini zənginləşdirmək, estetik zövqünü inkişaf etdirmək, bacarıq və qabiliyyətlərini üzə çıxarmaq məqsədi ilə məktəbimizin 2c sinfi  “ Qızıl payız ” adlı guşə hazırladilar. Şagirdlər öz fantaziyalarına, bacarıqlarına uyğun olaraq  yarpaqlardan, qurumuş güllərdən, palıd qozalarından, düymə və digər aksesuarlardan istifadə etdilər. Payızın bütün rəng çalarlarını əks etdirərək şagirdlər bu fəsli  nə qədər sevdiklərini  nümayiş etdilər. Bu işdə balacalara ən böyük dəstək müəllimlərindən və valdeynlərdən oldu. Sərgidə ən yadda qalan maraqlı əl işləri ilə yanaşı övladlarının uğurlarından məmnunluq duyan valideynlərin sevinci, balacaların isə üzlərindən oxunan həyəcan və xoş duyğular oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi