Məktəbdə “Beynəlxalq əl yuma günü” kimi qeyd olundu

Vacib məqamlarda əllərin sabunla yuyulması sağlamlıq üçün əhəmiyyət kəsb edir, çünki əllərin sabunla yuyulması müxtəlif növ xəstəliklərə yoluxma halını əhəmiyyətli dərəcədə azaldır. Bu və digər mühüm məlumatları şagirdlərə çatdırmaq məqsədi ilə  
09 oktyabr 2018-ci il tarixində start götürən  “Azərbaycanda seçilmiş məktəblərdə su, sanitariya və gigiyenik təhsilin təkmilləşdirilməsi” layihəsi qrup üzvləri tərəfindən ayrı-ayrı siniflərdə davam etdirildi.

Qrup üzvləri siniflərə daxil olaraq əl yumanın vacibliyini şagirdlərə izah edib,  doğru yumanın sağlamlıq üçün çox əhəmiyyətli olduğunu vurğulayıb,  simvolik olaraq uşaqlara sabun və digər gigiyenik vasitələr payladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi